Gürcüstanda məhbusların sayı ARTIR

20:24 - 2 İyun 2024

Gürcüstanda məhbusların sayı ARTIR

Gürcüstanda 2014-cü ildən bəri ilk dəfə məhbusların sayı 10 mini keçib.

 

Manset.az xəbər verir ki, bu barədə ölkənin Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, mayın 1-nə həbsxanada 10 285 nəfər var, onlardan 379-u qadındır. Qeyd edilir ki, 3,8 min məhbus üçün bu, ikinci və ya daha çox müddətdir.

Gürcüstanda mövcud həbsxanalar 81,1 % doludur. Məhkumların əksəriyyəti 31-49 yaş arasındadır. 50 yetkinlik yaşına çatmayan və 62 yaşı olan 70-dən yuxarı olan şəxs cəza çəkir. 1,9 minə yaxın insan hökm gözləyir, 24,9 min məhkum şərti cəza çəkir.

Qeyd edək ki, Gürcüstan həbsxanalarında 55 ölkədən 929 əcnəbi var.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin