Hizbullah PUA-larla İsrail diviziyasının qərargahına hücum etdi - İtkilər var

19:54 - 3 İyun 2024

Hizbullah PUA-larla İsrail  diviziyasının qərargahına hücum etdi - İtkilər var

Şiə təşkilatı Hizbullah pilotsuz təyyarələrdən istifadə edərək İsrail ordusunun Yuxarı Qalileydəki bir sıra mövqelərinə hücum edib. 


Manset.az xəbər verir ki,  Hizbullaha məxsus pilotsuz təyyarələrin Nahal Gerşom bölgəsində İsrail Müdafiə Qüvvələrinin (IDF) 91-ci HaQalil ərazi bölməsinin qərargahına zərbələr endirildiyi bildirilib.

Bundan başqa, Dron qəsəbəsi yaxınlığındakı İDF düşərgələrindən birində pilotsuz təyyarə partlayıb. İsraillilərin itki verdiyi qeyd edilir.

Şiə təşkilatı iddia edir ki, pilotsuz təyyarələrin hücumları İsrailin Livanın cənubundakı kəndlərə təcavüzünə cavabdır.

İyunun 1-də İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Livandan İsrail ərazisinə atılan mərmilərə cavab olaraq hərbi obyektlərə və Hizbullah obyektlərinə zərbələr endiriblər. İsrail ordusunun məlumatına görə, Livandan İsrailin şimalındakı Kiryat Şmona şəhərinə iki mərmi atılıb. Bundan dərhal sonra təyyarə atəşin açıldığı buraxılış qurğusuna dəyib.

Jalə

Manşet.az


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin