Myanmanın Saqainq bölgəsində hərbi hökumətin həyata keçirdiyi hava hücumunda toy mərasimi hədəfə alınıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, hücumda bəy də daxil olmaqla 7 nəfər ölüb, 20 nəfər yaralanıb.
Məlumata görə, hərbi hökumətə məxsus döyüş təyyarələri silahlı azlıqların Xalq Müdafiə Qüvvələri qruplaşması ilə əlaqəsi olduğu iddia edilən qadının toyunu hədəfə alıb.
Myanma ordusundan məsələ ilə bağlı hələlik heç bir açıqlama verilməyib.
Əfsanə Rəcəb
Manşet.az