Trampın 37 ölkəyə girişi qadağan edilə bilər

14:55 - 4 İyun 2024

Trampın 37 ölkəyə girişi qadağan edilə bilər

Manhetten məhkəməsinin keçmiş ABŞ prezidenti Donald Trampa qarşı çıxardığı yekun ittiham hökmü onu dünyanın 37 ölkəsində arzuolunmaz şəxs edəcək.

 

Manset.az xəbər verir ki, bu barədə "Time" məlumat verir.

"Trampın digər ölkələrə səfərlər etməsi çətinləşə bilər. Kanada və Meksika da daxil olmaqla 37 ölkə cinayət keçmişi olan şəxslərin girişini qadağan edir", - deyə məlumat bildirilir.

Məqalənin müəllifləri qeyd edir ki, səfər məhdudiyyətləri Trampın seçkilərdə qalib gəldiyi halda onun prezidentliyini potensial olaraq çətinləşdirəcək.

Bəzi hökumətlər Trampın ziyarətə icazə istəyəcəyi təqdirdə səyahət qadağasından imtina edə bilər. Lakin hazırda hansı dövlətlərin bunu etməyə hazır olduğu barədə məlumat yoxdur.

Mayın 31-də Manhetten cinayət məhkəməsinin münsiflər heyəti Trampı porno aktrisa Stormi Danielsə ödənişləri gizlətməkdə təqsirli bilib. Tramp bütün 34 maddə üzrə təqsirli bilinib. Hökm müddəti iyulun 11-nə təyin edilib.

BAKU.WS


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin