Fatih Terim Superliqa nəhəngi ilə razılaşır

17:22 - 4 İyun 2024

Fatih Terim Superliqa nəhəngi ilə razılaşır

Yunanıstanın "Panatinaikos" komandasından ayrılan Fatih Terimin "Beşiktaş"ın gündəmində olduğu iddia edilir.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, "Beşiktaş"ın prezidenti Həsən Aratın Fatih Terimlə müqavilə detalları və transfer büdcəsini müzakirə etdiyi də öyrənilib.

Bu barədə “Beşiktaşın” infrastruktur işlərində fəal rol oynayan, konqres üzvü olan və ağ-qaralar klubunun futbolçu yetişdirmək üçün qurulan Avcılar Tahtakale Kartalları klubunun prezidenti Yılmaz Canbolat açıqlama verib.

“Radyospor”da Özgür Sancarın canlı yayım qonağı olan Canpolat “Prezident Hasan Arat yerli məşqçi gətirəcək. Aydın şəkildə eşitdim. Prezident Fatih Terimlə görüşüb. O, Fatih məşqçinin transfer büdcəsi və müqavilə ilə bağlı fikirlərini öyrənib. Onlar cümə günündən əvvəl Bodrumda yenidən görüşəcək və son qərarı verəcəklər. Məncə, Fatih məşqçinin qəbul etmə ehtimalı yüzdə 70-dir. Razılaşmasalar, Serdar Topraktepe ilə davam etmək alternativlər arasındadır" deyib.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin