“Livana qarşı güclü addımlar atmağa hazırıq” - Netanyahu

16:07 - 5 İyun 2024

“Livana qarşı güclü addımlar atmağa hazırıq” - Netanyahu

İsrailin baş naziri Benyamin Netanyahu ölkəsinin Livanla sərhədinə səfər edərək, güclü addımlar atmağa hazır olduqlarını açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İsrail Baş Qərargah rəisi Herzi Halevi dünən verdiyi açıqlamada İsrailin Livan sərhəddinə hücum etməyə hazır olduğunu və qərarın verilməli olduğu nöqtəyə yaxınlaşdıqlarını bildirib.

Livan Hizbullahı sərhədə yaxın İsrail şəhərlərinə tez-tez pilotsuz uçuş aparatı (PUA) hücumları təşkil edir.

Bu həftə atılan raketlər nəticəsində İsrailin şimalında bir çox bölgədə yanğın baş verib. Yanğınlar 20 saatlıq səydən sonra söndürülüb.

Netanyahu, "Bizə zərər verə biləcəklərini və boş oturacağımızı düşünən hər kəs böyük səhv edir. Biz şimalda çox güclü addımlar atmağa hazırıq. Bu və ya digər şəkildə şimalda təhlükəsizliyi bərpa edəcəyik" deyib.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin