Dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısı dəyişir

17:00 - 5 İyun 2024

Dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısı dəyişir

Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısına dəyişiklik edilib.

 

Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilən “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”nda dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələr siyahısından Dekstrometorfan və Buprenorfin çıxarılıb.

Dəyişikiyə əsasən, bu maddələr Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr sırasına daxil edilib. Bununla yanaşı, qanunda “Buprenorfın” sözü “Buprenorfin” sözü ilə əvəz edilib.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin