Türkiyənin Antalya şəhərində üç ayrı bölgədə meşə yanğını baş verib.
Manset.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yanğınlar şəhərin Konyaaltı, Aksu və Manavqat bölgələrində qeydə alınıb.
Konyaaltı və Aksudakı yanğınlar söndürülsə də, Manavqatdakı yanğına havadan və qurudan müdaxilə davam etdirilir.
Əraziyə çox sayda canlı qüvvə cəlb edilib.