Millimizin ilk görüşü Ermənistanla olacaq

12:05 - 7 İyun 2024

Millimizin ilk görüşü Ermənistanla olacaq

Kosovonun paytaxtı Priştinada keçiriləcək basketbolun 3x3 növü üzrə Avropa kubokunda Azərbaycan millilərinin oyunlarının başlama saatı açıqlanıb.

 

Manset.az Milli.az-a istinadən xəbər verir ki, kişilərdən ibarət komandamız təsnifat mərhələsində ilk görüşünü saat 11:30-da Ermənistana qarşı keçirəcək.

Basketbolçularımız ardınca müvafiq olaraq Kipr və Albaniya ilə üz-üzə gələcək.

8 iyun

11:30. Ermənistan - Azərbaycan

16:10. Azərbaycan - Kosovo

19:40. Kipr - Azərbaycan

23:45. Azərbaycan - Albaniya

Digər qrupda Malta, Lüksemburq, Andorra və İrlandiya mübarizə aparacaq.

Qadınlardan ibarət millimiz isə ilk matçında Malta, daha sonra Lüksemburqla qarşılaşacaq.

8 iyun

17:50. Azərbaycan - Malta

23:20. Azərbaycan - Lüksemburq

Digər qrupda İrlandiya, Andorra, Kosovo və Kipr gücünü yoxlayacaq.

Qeyd edək ki, iyunun 8-9-da keçiriləcək oyunlarda ilk pillənin sahibi birbaşa Avropa kubokunun həlledici mərhələsinə vəsiqə qazanacaq. Qrup ikinciləri və üçüncüləri çarpaz şəkildə digər qrupla mərhələ adlayacaq növbəti komandanı müəyyənləşdirəcək.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin