Azərbaycanda seysmik ocaqlar aktivləşə bilər HƏYƏCAN

16:58 - 7 İyun 2024

Azərbaycanda seysmik ocaqlar aktivləşə bilər HƏYƏCAN

Qonşu ölkə Gürcüstanda son günlərdə ardıcıl olaraq zəlzələlər baş verib.

 

Manset.az Mətbuat.az-a istinadən xəbər verir ki, iyunun 4-də 4,7 və 5,4 maqnitudalı 2 zəlzələ, ötən gün isə 3,6 ballıq zəlzələ qeydə alınıb.

Seysmoloq Qulam Babayev bildirib ki, Gürcüstanda baş verən yeraltı təkanlar Azərbaycan ərazisinə də təsir göstərəcək:

"Azərbaycan nəhəng bir tektonik bölgənin daxilindədir. Ona görə də, təbii ki, təsiri olacaq. Amma nə zaman və hansı gücdə olmasını demək mümkün deyil. Təbii ki, həmin ölkəyə yaxın olan ərazilər, Kiçik Qafqazın şimal yamacı, tektonik zonalar, seysmik aktiv ocaqlar aktivləşə bilər".


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin