Konqonun şərqində silahlılar azı 38 nəfəri öldürdü

07:48 - 9 İyun 2024

Konqonun şərqində silahlılar azı 38 nəfəri öldürdü

Konqo Demokratik Respublikasının şərqindəki kəndlərə silahlılar bir gecədə hücum edərək azı 38 nəfəri öldürüb.

 

Manset.az “Report”a istinadən xəbər verir ki, bu barədə “Reuters” vətəndaş cəmiyyətinin lideri Castin Kavalamiyə istinadən məlumat yayıb.

Yerli lider hücumu Müttəfiq Demokratik Qüvvələrin (MDQ) üzvlərinin törətdiyini, onların bu həftənin əvvəlində daha bir kəndə hücum edərək azı 16 nəfəri öldürdüklərini bildirib.

Ekstremistlər indi Konqonun şərqində yerləşib və tez-tez hücumlar təşkil edərək, bir çox silahlı qrupların fəaliyyət göstərdiyi bölgədə sabitliyi daha da pozurlar.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, tapança və maçete ilə silahlanmış şəxslər gecə saatlarında Şimali Kivu əyalətindəki kənd sakinlərinə hücum ediblər. Hücum nəticəsində 38 nəfər həlak olub.

MDQ qrupu 1995-ci ildə Uqandanın qərbində müsəlman təriqəti əsasında ölkə hökumətinə qarşı müxalifət kimi yaradılıb. 2003-cü ildə Uqanda Silahlı Qüvvələrinin hücumları sayəsində terrorçular geri çəkilərək ölkənin şərq bölgələrində gizləniblər.


Xəbər xətti

24 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin