İlan 45 yaşlı qadını uddu

12:15 - 9 İyun 2024

İlan 45 yaşlı qadını uddu

İndoneziyanın Cənubi Sulavesi əyalətindəki kəndlərdən birində piton qadını udub.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “Detik” portalı məlumat yayıb.

Bildirilir ki, 45 yaşlı Fəridə iyunun 6-da yoxa çıxıb.

Axtarışlar zamanı kənd sakinləri qadının itkin düşdüyü yerin yaxınlığında 5 m uzunluğunda iri qarnı olan piton tapıblar. İtkin düşən qadın ilanın mədəsində tapılıb.

Qeyd edək ki, İndoneziyada pitonun insanı udması halı ilk dəfə deyil. Oxşar hadisə 2022-ci ildə də qeydə alınıb.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin