Goranboyda ağır yol qəzası - Sürücü öldü

09:16 - 10 İyun 2024

Goranboyda ağır yol qəzası - Sürücü öldü

Goranboyda ölümlə nəticələn ağır yol qəzası baş verib.

 

Manset.az Apa-ya istinadən xəbər verir ki,  hadisə Goranboy-Tərtər magistral yolunun rayonun Xanqərvənd kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı işıq dirəyinə çırpılıb. Qəza nəticəsində sürücü 39 yaşlı Ə.Seyidov hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az