İtkin düşən hərbçimiz Ermənistana keçib?

10:51 - 10 İyun 2024

İtkin düşən hərbçimiz Ermənistana keçib?

Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlu iyunun 9-da Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitdə itkin düşüb.

 

Manset.az Axar.az-a istinadən xəbər verir ki, erməni mediası əsgərimizin Naxçıvan istiqamətindən Ermənistan ərazisinə keçdiyini yazıb.

“Sputnik Ermənistan” bildirib ki, hərbçimiz Dərələyəzin Areni kəndi yaxınlığında saxlanılıb.

Məlumatı rəsmi olaraq hələlik nə Ermənistan Müdafiə Nazirliyi, nə də Milli Təhlükəsizlik Xidməti təsdiqləyib.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin