Hərbi zavodda güclü partlayış baş verdi

18:43 - 10 İyun 2024

Hərbi zavodda güclü partlayış baş verdi

Polşanın cənubunda Sventokçisk voyevodalığında yerləşən "Mesko” silah zavodunda güclü partlayış baş verib. Zavodun 59 yaşlı əməkdaşı dünyasını dəyişib.

Manset.az Qaynarinfo-ya istinadən xəbər verir ki, yanğınsöndürmə briqadası və təcili tibbi yardım helikopteri hadisə yerindədir.

"Bir neçə il əvvəl istifadəyə verilmiş raket yanacağı mərkəzində partlayış baş verib”, - "Mesko” şirkətinin rəhbəri Eljbet Srenyavska RMF FM-ə deyib: RMF FM dəqiqləşdirir ki, yanğın artıq söndürülüb. Hadisə yerində polis və prokurorluq əməkdaşları işləyir, partlayışın səbəbləri araşdırılər.

Qeyd edək ki, Polşa Silahlar Qrupuna daxil olan "Mesko” zavodu Polşanın müdafiə sənayesi üçün strateji əhəmiyyət kəsb edən şirkətdir. O, "Piorun”  mobil zenit-raket kompleksləri istehsal edir. Bu komplekslər Ukraynaya da verilir.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin