ABŞ-da öküz panikası - 4 nəfər yaralandı - VİDEO

16:30 - 10 İyun 2024

ABŞ-da öküz panikası - 4 nəfər yaralandı - VİDEO

ABŞ-ın Oreqon ştatında rodeo zamanı öküzün tamaşaçıların üzərinə qaçması nəticəsində 4 nəfər xəsarət alıb.

 

Manset.az-ın xarici mediaya istinadə məlumatına görə, şənbə günü Sisters şəhərində tamaşa zamanı öküz məhəccərlərin üstündən tullanaraq tamaşaçıların üzərinə hücum edib.

Səlahiyyətlilərdən verilən açıqlamada hadisə yerinə gələn sağlamlıq qruplarının hadisə zamanı yaralanan 4 nəfəri xəstəxanaya apardığı bildirilib.

Sisters Rodeo Dərnəyindən verilən açıqlamada öküzün heyvanların saxlandığı əraziyə doğru qaçdığı və qruplar tərəfindən tutulduğu bildirilib.

Baytarlar tərəfindən müayinə edilən öküzün səhhətinin yaxşı olduğu, xəsarət alan 2 nəfərin isə xəstəxanadan buraxıldığı açıqlanıb.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin