Qurban Qurbanovun qol rekordu təkrarlandı

19:43 - 11 İyun 2024

Qurban Qurbanovun qol rekordu təkrarlandı

"Neftçi"nin kapitanı Emin Mahmudov Qurban Qurbanovun Azərbaycan millisindəki qol rekordunu təkrarlayıb.

Manset.az Axar.az-a istinadən xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi buna Qazaxıstana qarşı yoldaşlıq matçında fərqlənməklə nail olub.

51-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən oyunçu yığmadakı qollarının sayını 14-ə çatdırıb. O, daha bir dəfə fərqlənsə milli komandanın bombardiri olacaq.

Qeyd edək ki, hazırda Azərbaycan - Qazaxıstan matçında ikinci hissə oynanılır və hesab bərabərdir - 2:2.


Xəbər xətti

19 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin