Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Azərbaycan Mədəniyyəti Günləri rəngarəng tədbirlərlə davam edir.
Manset.az xəbər verir ki, mədəniyyət günlərinin daha bir tədbiri iyunun 13-də Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) gerçəkləşib.
Mərkəzdə görkəmli tarixi romanlar müəllifi Məmməd Səid Ordubadinin özbək dilinə tərcümə olunmuş “Qılınc və qələm” kitabının təqdimatı keçirilib.
Özbəkistan alim və ziyalılarının da iştirak etdiyi mərasimdə açılış nitqi söyləyən Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, şair-dramaturq İlqar Fəhmi sözü mədəniyyət nazirinin müavini Fərid Cəfərova verib.
Qonaqları salamlayan nazir müavini bildirib ki, Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən görkəmli şair və yazıçılarımızın əsərlərinin xarici dillərə tərcümə edilərək təbliği diqqətdə saxlanılır. İndiyədək 100-dən artıq müəllifin əsərinin tərcümə edilərək nəşri həyata keçirilib. Yazarlarımızın Türk dünyasında da tanınmasına xüsusi önəm verilir.
Nəşrin əhəmiyyətini vurğulayan nazir müavini deyib ki, bu kitabla görkəmli nasir Məmməd Səid Ordubadi ilə yanaşı, əsərdə obrazı yaradılan dünyaşöhrətli Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi və onun dövrü haqqında özbək oxucularda geniş təsəvvür yaranacaq.
Özbəkistanın ədəbiyyatşünas-alimləri, professorlar Nurboy Cabbarov, Abdulla Uluğov, AYB-nin katibi, şair, tərcüməçi Səlim Babullaoğlu, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov, şair Aqşin Yenisey və Ankaradakı Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxış ediblər. Çıxışlarda yeni nəşrin əhəmiyyəti qeyd edilib, Nizami Gəncəvinin ideyalar aləmindən bəhs olunub.
Tədbirdə Nizami Gəncəvinin şeirləri qiraət olunub, qəzəlləri üstündə muğamlar ifa edilib.
Qeyd edək ki, əsərdə Nizami Gəncəvinin surəti mərkəzi yer tutsa da, müəllif bununla kifayətlənməyərək dahi şairin yaşadığı dövrün hərtərəfli mənzərəsini canlandırmağa çalışıb, xalq həyatının geniş lövhələrini yaradıb. Buna görədir ki, roman baş qəhrəmanının adı ilə deyil, əsərin həyat materialında mühüm yer tutan iki amilin – xalqın fiziki və mənəvi qüvvəsinin rəmzi olaraq «Qılınc və qələm» adlandırılıb.
Romanı özbəkcəyə Nazira Aliyeva, Muhsin Hamidov və Rustam Komilov çeviriblər.
Özbək dilinə tərcümə edilmiş "Qılınc və qələm" romanı Daşkənddə təqdim olundu - FOTO
09:47 - 14 İyun 2024












Whatsapp kanalımıza abunə olun
Şikayətiniz və ya xəbəriniz varsa bizə göndərin Whatsapp: +99470 2177772
Digər xəbərlər

“Dar ağacı” tamaşasının ictimai baxışı keçirildi

"Verilişdə müğənnilərə gələn hədiyyələr saxtadır"

Almaxanım ana oldu

İşğaldan azad edilən ərazilərdə 44 yeni abidə mühafizəyə alındı - FOTOLAR

Mədəniyyət Nazirliyində mərakeşli jurnalistlərlə görüş keçirildi - FOTO

“Sənin adın nədir?” adlı ilk tanıtım sərgisinin açılışından FOTOLAR

Günay Əfəndiyeva "Özbəkistanın mədəniyyət elçisi" medalı ilə təltif edildi

Əməkdar artist medalla təltif edildi - FOTOLAR

Azərbaycan və Özbəkistan mədəniyyət nazirləri görüşdü - FOTOLAR

Müalicəsi üçün maşınını satan Xalq artisti - "Hər şeyimi itirdim, məndən nə istəyirsiniz?"

İncəsənət müəllimlərinin 2025-ci il üçün attestasiyası yekunlaşdı

Rus Mədəniyyət Mərkəzi qanuna əməl etmir? - VİDEO
Xəbər xətti
- 07 İyul 2025
- 01:00 Məşhur döyüş təyyarəsinin istehsalı dayandı
- 00:30 Bu ölkə üçün "TikTok"un yeni versiyası hazırlanır - ŞOK İDDİA
- 06 İyul 2025
- 23:57 Cüdoçumuz Avropa ikincisi oldu
- 23:39 Rusiya hava limanlarında 287 reys ləğv edildi
- 23:27 İcma İlham Əliyevə təşəkkür etdi
- 23:17 "Fənərbağça" Duranı kirayələdi
- 22:53 İranda daha bir "Mossad" agenti saxlanıldı
- 22:35 Bu ölkədə zəlzələ oldu
- 22:16 Gürcüstanda məşhur iş adamı saxlanıldı
- 21:58 “Şamaxı” portuqaliyalı futbolçu transfer etdi
- 21:39 Bugünkü imtahanın cavabları nə vaxt açıqlanacaq?
- 21:16 Tramp Texasda fövqəladə vəziyyət elan etdi
- 20:52 XİN Xankəndi Kommunikesi barədə məlumat yaydı
- 20:32 Zakir Həsənovdan türkiyəli həmkarına başsağlığı
- 20:18 Roma Papası bu iqamətgaha köçdü - FOTO
- 19:57 “Neftçi” dünya ulduzu ilə danışıqlar aparır
- 19:32 Abşeronda 2 avtomobil toqquşdu - Video
- 19:24 Paşinyan “Hraparak”ı məhkəməyə verdi
- 19:02 Türkiyə ordusunun 5 əsgəri şəhid oldu
- 18:57 Sabahın havası meteohəssas insanlara necə təsir edəcək?
- 18:33 Zelenskidən Rusiyaya qarşı yeni - Sanksiyalar
- 18:10 Sərdar Ayaz Sadiq Azərbaycana gəldi
- 17:49 Çimərliklərdə hava belə olacaq
- 17:31 Vəkilliyə qəbulla bağlı test imtahanında 196 nəfər uğur qazandı - SİYAHI
- 17:16 Türkiyədə meşə yanğınları - 10 gündə 761 yanğın
- 16:54 Hizbullah tərksilah olmaqdan imtina etdi
- 16:31 "Biz hamını geri qaytarana qədər işimizi davam etdirəcəyik" - Zelenski
- 16:10 Bu ölkə rusiyalılara pasport verilməsini dayandırdı
- 15:49 XİN ABŞ-yə başsağlığı verdi
- 15:29 Bu yolda selin fəsadları aradan qaldırılır
- 15:08 Dursun Özbekdən təcili toplantı QƏRARI
- 14:55 Şəhid atası qəzada öldü
- 14:49 19 uşaq qurğuşundan zəhərləndi
- 14:38 DİM təhsil haqqı ilə bağlı düzəliş etdi
- 14:13 10 nəfər imtahandan xaric olundu - Səbəb
- 13:52 “Dar ağacı” tamaşasının ictimai baxışı keçirildi
- 13:21 Keniyalı atletdən qaçış REKORDU
- 13:04 Təl-Əvivdə hava limanına hücum oldu
- 12:54 SON DƏQİQƏ: Osimhen "Qalatasaray"a "hə" dedi
- 12:36 Sabah hava necə olacaq?
- 12:11 Bu ərazilərdə qaz kəsiləcək
- 11:56 Ağdama 6 minə yaxın əhali köçürüləcək
- 11:44 Zaporojye və Kiyevə PUA hücumu - Yaralılar var
- 11:33 Bu ölkədə zəlzələ oldu
- 11:06 ABŞ-də seldə ölənlərin sayı artdı
- 10:52 “Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının güclənməsinə böyük töhfələr verir” - Kamaləddin Qafarov
- 10:36 Yağış yağır, külək əsir - Faktiki hava
- 10:18 Azərbaycanlı bəstəkar vəfat etdi - FOTO
- 09:50 "Real"dan yeni REKORD
- 09:21 İlon Mask özünə yeni partiya yaratdı
- 09:00 Bu gün imtahan var

