Hər kəsin gözü önündə qızını və nəvəsini öldürdü

12:11 - 14 İyun 2024

Hər kəsin gözü önündə qızını və nəvəsini öldürdü

Türkiyənin Eskişehir bölgəsində qızı Merve Karabaşı və nəvəsi 7 yaşlı Ata Alp Karabaşı küçənin ortasında silahla öldürən Osman Nuri Kəskin məhkəmə tərəfindən həbs edilərək həbsxanaya göndərilib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Kənd Təsərrüfatı Müdirliyində çalışan Merve Karabaş səhər saatlarında evdən çıxaraq oğlu Alp ilə işə getmək üçün maşınına minərkən, Osmaniyedən gələrək küçədə pusqu qurduğu təsbit edilən Merve Karabaşın atası Osman Nuri K. qızı ilə mübahisə edib, daha sonra belindən çıxardığı silahla Merve Karabaşı maşında vurub.

Maşında olan nəvəsi Alp avtomobildən düşərək qaçıb. Qətl şübhəlisi Osman Nuri K. qaçarkən nəvəsini güllələyərək öldürüb.

Küçədə onu pusquya salıb, qızı və nəvəsini öldürüb! Qatil babanın qırğınının səbəbi budur! - bir

Hadisəyə şahid olanlar Osman Nuriyə hücum edərkən, xəbər üzərinə ünvana gələn polis qrupları Osman Nurini həbs ediblər.

Qeyd edək ki, hadisə ilə bağlı istintaq davam edir. 

 

Fidan Əliyeva


Xəbər xətti

13 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin