“Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin ən şanlı qürur səhifələrindən biridir. Dövlət müstəqilliyimizin bərpa olunmasından sonra keçən ilk iki il ərzində ölkəmizin üzləşdiyi ciddi iqtisadi problemlər getdikcə qarşısıalınmaz xaotik proseslərin başlanmasına yol açmışdı. Bu vəziyyət isə öz növbəsində, respublikada hakimiyyəti ələ keçirmiş səriştəsiz və məsuliyyətsiz qrupların dağıdıcı fəaliyyətləri ilə uzlaşaraq ölkəni siyasi böhrana gətirib çıxarmışdı. Vətəndaş müharibəsi, ölkənin bir neçə kiçik marionet dövlətlərə parçalanması və Azərbaycanın vahid suveren ölkə olaraq dünyanın siyasi xəritəsindən silinməsi xalqı gözləyən real perspektivlər idi”.
Bu sözləri mətbuata 15 iyun - Milli Qurtuluş Günü münasibətilə Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Deputat xatırladıb ki,belə bir ağır məqamda Azərbaycan xalqı yeganə düzgün qərar qəbul edərək öz taleyini Heydər Əliyevə etibar etdi. “ Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər siyasi təcrübəsi, uzaqgörənliyi və sarsılmaz iradəsi sayəsində ölkəni vətəndaş müharibəsi təhlükəsindən və ictimai-siyasi pərakəndəlikdən qurtardı. Məhz Heydər Əliyev dühası Azərbaycan xalqının parçalanması, Azərbaycan dövlətçiliyinin məhvi, Azərbaycan iqtisadiyyatının dağılması proseslərini dayandırmağa nail oldu. Beləliklə, 1993-cü ilin yayında Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə dönüşü və iyunun 15-də Respublikanın Ali Sovetinin Sədri vəzifəsinə seçilməsi ilə ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələyə keçid dövrü başlandı.”
K.Qafarov qeyd edib ki, Ulu Öndər Heydər Əliyev 1993-cü ildə dövlət müstəqilliyimizi gərgin səyləri bahasına qoruyub-saxladığı kimi, sovetlər dönəmində də bu müstəqilliyin ideoloji-siyasi əsaslarını hazırlamaq üçün uzun illər boyunca məqsədyönlü fəaliyyət göstərmişdir: “Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki tarixi dövrdə xalqın rifah halının yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması məqsədilə tarixi əhəmiyyət kəsb edən işlər görülmüşdür. 1969-cu ilədək SSRİ-nin tərkibində ciddi tənəzzül meyilləri ilə qarşı-qarşıya olan Azərbaycan həmin ilin iyul ayında- Heydər Əliyevin respublika rəhbərliyinə seçilməsindən sonra bütün sahələrdə həyata keçirilən islahatlar, görülən tədbirlər nəticəsində sürətli inkişaf yoluna çıxdı. Ulu Öndər siyasi hakimiyyətə gəldiyi ilk gündən Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması və dirçəldilməsi istiqamətində mühüm addımlar atmağa başladı. 1971-ci ildə Ulu Öndərin təşəbbüsü ilə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması peşəkar milli hərbçilərimizin yetişməsində mühüm amil oldu. Heydər Əliyevin bu uzaqgörən qərarı gələcəyə hesablanmışdı və müstəqil Azərbaycanın ordu quruculuğunda həmin lisey ən ciddi faktor rolunu oynadı. Qeyd olunmalıdır ki, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşan Azərbaycan zabitlərinin bir qismi də məhz həmin liseyin yetirmələri oldular. 1978-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ittifaq respublikaları arasında ilk olaraq məhz Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir” maddəsi daxil edildi. Siyasi-ideoloji müstəvidə görülən işlər milli inkişaf və həmrəyliyimizin təmin olunması baxımından tarixi əhəmiyyətə malik addımlar idi.”
K.Qafarov bu gün ölkəmizin əldə etdiyi parlaq qələbələrin əsasında məhz Heydər Əliyev ideyalarının durduğunu da qeyd edib: “Bu gün Ölkə Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan hərtərəfli və sürətli inkişaf mərhələsini yaşamaqdadır. Dövlət başçımızın həyata keçirdiyi daxili və xarici siyasət strategiyası Azərbaycanın getdikcə qüdrətlənməsini effektiv şəkildə təmin edir. Son 21 il ərzində Azərbaycan iqtisadi inkişafına, ictimai-siyasi sabitliyinə, dünya ölkələri arasından tutduğu mövqeyinə və sahib olduğu nüfuzuna görə güclü, qüdrətli bir dövlətə çevrilib. Çoxşaxəli, tarazlaşdırılmış, milli maraqlara əsaslanan xarici siyasət kursuna malik olan Azərbaycan artıq uzun müddətdir ki, Cənubi Qafqaz regionunun lider dövləti olmaqla yanaşı, müasir beynəlxalq münasibətlər sistemində, dünyada və Avropada etibarlı tərəfdaş və nüfuzlu söz sahibi kimi tanınır. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə milli maraqlara müvafiq surətdə reallaşdırılan xarici siyasət sayəsində ölkəmiz həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri formalaşdırıb. Ən mühüm məqam isə budur ki, Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin bütün müstəvilərdə, o cümlədən iqtisadi inkişaf, ordu quruculuğu, diplomatiya və digər sahələrdə əldə etdiyi uğurlar dövlət başçımızın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin yazdığı Qələbə salnaməsinin əsasını qoydu. 30 ilə yaxın işğal altında olan torpaqlarımız 44 günlük Vətən müharibəsində azad edildi. Keçən il isə ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam şəkildə bərpa olundu. Ulu Öndərin hər zaman məhz belə görmək istədiyi güclü, qüdrətli, nüfuzlu və qalib Azərbaycan öz xilaskar oğlunu daim qəlbində yaşadacaq” .
“Azərbaycan bu gün qüdrətli bir dövlətə çevrilib” - Kamaləddin Qafarov
11:46 - 15 İyun 2024
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
10 Sentyabr 2026 - 11:08
Dövlət işçilərinə maaş əlavələri və mükafatlar belə veriləcək - Prezidentdən Fərman
10 Sentyabr 2026 - 15:22
Baş nazir qərar imzaladı
10 Sentyabr 2026 - 14:47
İlham Əliyev yeni Dövlət Proqramı TƏSDİQLƏDİ
10 Sentyabr 2026 - 17:20
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə yeni səlahiyyət verildi
10 Sentyabr 2026 - 17:40
Pensiyalar bu tarixdə ÖDƏNİLƏCƏK
10 Sentyabr 2026 - 14:01
Həbs edilən icra başçısının satılan avtomobilini öz oğlu aldı
10 Sentyabr 2026 - 11:15
Bu televizorlarda təhlükəli funksiya - Sönülü olanda bizi dinləyir və izləyir
10 Sentyabr 2026 - 15:07
Prezident BMT ilə birgə layihənin icrası üçün Töhfə Sazişini təsdiq etdi
10 Sentyabr 2026 - 12:11
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
10 Sentyabr 2026 - 15:44
Bu məhsullar bahalaşıb - Siyahı
10 Sentyabr 2026 - 15:30
Qızıl qaçaqmalçılığında təqsirləndirilən eks-baş konsul Azər Qasımovun qardaşıdır
10 Sentyabr 2026 - 14:50
Dövlət başçısı Şərqi Zəngəzurla bağlı sazişi imzaladı
Xəbər xətti
- 11 Sentyabr 2026
- 00:53 "Sabah" "Mançester Yunayted"ə böyük hesabla məğlub oldu - YENİLƏNİB
- 00:23 Hacıqabulda ağır QƏZA - Ölən var
- 10 Sentyabr 2026
- 23:54 “Əziz Səncərin təltifi Türkiyə-Azərbaycan qardaşlığına dəyərdir"
- 23:47 "Fənərbağça" baş məşqçisi istifa etdi
- 23:23 Bu yolda təmir işləri aparılır - Sürücülərin NƏZƏRİNƏ
- 23:03 Dəniz blokadası səbəbilə 96 gəminin marşrutu dəyişdirildi
- 22:58 "ABŞ-İran müharibəsi 2029-a qədər davam edə bilər" - PROQNOZ
- 22:53 NASA Marsda sirli dəliklər aşkarladı
- 22:50 “Sabah” “Mançester Yunayted”ə qarşı - Start heyətlər
- 22:47 Süni intellektin bütün insanlığı məhv etmə ehtimalı var?
- 22:35 Almaniyanı həyəcan siqnalları bürüdü - SƏBƏB
- 22:32 Gəncədə 2 maşın toqquşdu - Yaralılar var
- 22:15 Husilər bu şəhərin idarəsini ələ keçirdilər
- 22:10 Çin limanında gəmi yandı - 25 nəfər həlak oldu
- 22:05 Vanqanın 2027 kəhanətləri ortaya çıxdı - Dünyanı dəyişəcək hadisə baş verəcək
- 21:33 "Zirə" – "Qarabağ" matçının hakimləri açıqlandı
- 21:21 Otel otağında 1 milyon avroluq oğurluq
- 21:09 Güclü yanğın 2 məktəbə də keçdi - 15 şagird öldü
- 21:05 Sürətlə yayılan virusdan ölənlərin sayı artır
- 20:54 Rusiya ordusu Pavloqrada dron zərbəsi endirdi - Ölənlər var
- 20:36 Qarabağ və Şərqi Zəngəzurda incəsənət təhsili almaq istəyənlərin NƏZƏRİNƏ
- 20:17 Anar Quliyev iqlim öhdəliklərinin real nəticələrə çevrilməsi yollarından danışdı
- 19:48 “Mövzu mənəm, xərçəngə nifrət edirəm”
- 19:20 Ukrayna sərhəddə xüsusi rejim tətbiq etdi
- 19:01 “Sabah”ın U-19 komandası “Mançester Yunayted”ə uduzdu
- 18:41 Şəmkirdə istixanada YANĞIN
- 18:22 Hazırda 11 yolda tıxac var - SİYAHI
- 18:09 Buraxılış imtahanının nəticələri AÇIQLANDI
- 17:58 CICA konfransının iştirakçıları Bakı Limanının fəaliyyəti ilə tanış oldular - FOTOLAR
- 17:48 Azərbaycanlı bacı-qardaş Rusiyada faciəli şəkildə öldülər
- 17:40 1 yaşına çatmadan ölən uşaqların sayı açıqlandı
- 17:40 Pensiyalar bu tarixdə ÖDƏNİLƏCƏK
- 17:30 Ombudsman yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəyə baş çəkdi
- 17:20 Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə yeni səlahiyyət verildi
- 17:10 AccessBank nağd kreditlər üzrə 7%-dək endirim kampaniyasına yenidən start verdi!
- 17:00 "Qızı öldürdüyü anasının cənazəsində "Oskar"lıq rol oynayırdı" - Güllü cinayəti ilə bağlı etiraf
- 16:50 Binəqədidə evdən 8 min manatlıq əşya oğurlandı
- 16:37 Nazir onu özünə yeni müşavir təyin etdi
- 16:14 Yollarda ağır qəzalar artır - DYP-dən sürücülərə XƏBƏRARLIQ
- 16:04 AccessBank QSC PaloAlto Firewall 2026 tenderi elan edir
- 16:01 DİM 2027-ci il buraxılış imtahanlarının proqramlarını AÇIQLADI
- 15:50 Hakimləri təhqir edən futbolçu cəzalandırıldı
- 15:44 Bu məhsullar bahalaşıb - Siyahı
- 15:30 Qızıl qaçaqmalçılığında təqsirləndirilən eks-baş konsul Azər Qasımovun qardaşıdır
- 15:22 Baş nazir qərar imzaladı
- 15:07 Prezident BMT ilə birgə layihənin icrası üçün Töhfə Sazişini təsdiq etdi
- 15:00 Konqoda "Ebola"dan ölənlərin sayı 3200-ü ötdü
- 14:50 Dövlət başçısı Şərqi Zəngəzurla bağlı sazişi imzaladı
- 14:47 İlham Əliyev yeni Dövlət Proqramı TƏSDİQLƏDİ
- 14:35 Prezident Azərbaycanın yəhudi icmasını təbrik etdi
- 14:20 Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı RƏSMİ AÇIQLAMA