Ermənistanın yük maşınları sərhəddə - VİDEO

09:10 - 17 İyun 2024

Ermənistanın yük maşınları sərhəddə - VİDEO

Qazax rayonunun Aşağı Əskipara kəndində yerləşən magistral yolda Ermənistan hərbçilərinin idarə etdiyi, hərbi göstərişi olmayan təminat daşıyan yük maşınları görüntülənib.

 

Manset.az xəbər verir ki, AzTV sözügedən ərazidən süjet hazılayıb.

Qeyd edək ki, Qazaxın dörd kəndində işğal müddətində tarixi-mədəni abidələr məhv edilib. Kənd sakini Nəsib Nəsibov bildirib ki, kənddən çıxarkən dörd yaşında olub. 

O vurğulayıb ki, doğulub boya-başa çatdığı evdən sadəcə uçmuş divarlar qalıb.

Xatırladaq ki, aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş zamanı Qazaxın Ermənistan tərəfindən işğal olunan dörd kəndinin (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.

Daha ətraflı videomaterialda:


Xəbər xətti

15 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin