Prezident İlham Əliyev 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 21 may tarixli 1153-VIQD nömrəli Qanununun tətbiqi və “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 243 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
Manset.az xəbər verir ki, Fərmana əsasən, müəyyən edilsin ki, Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 59-cu və 59-1-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. iki ay müddətində:
2.1.1. Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 59-cu maddəsinə uyğun olaraq, gömrük orqanlarının vəzifəli şəxslərinin və onların ailəsinin yeni qulluq yerinə köçməsi, habelə əmlakının daşınması xərclərinin və birdəfəlik kompensasiyanın ödənilməsi qaydasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.1.2. həmin Əsasnamənin 59-1-ci maddəsinə uyğun olaraq, gömrük orqanlarında qulluq yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan gömrük orqanlarının vəzifəli şəxslərinə və onların ailə üzvlərinə mənzil kirayəsi üçün pul kompensasiyasının ödənilməsi qaydasını və məbləğini təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.2. “Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 21 may tarixli 1153-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.
3. “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 243 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 22 (Cild I) 2-ci hissəsinin üçüncü abzasında “81-ci maddəsində” sözləri “59-cu, 59-1-ci və 81-ci maddələrində” sözləri ilə əvəz edilsin.
"Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edildi — FƏRMAN
15:34 - 21 İyun 2024
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
04 Aprel 2026 - 15:28
Yağıntılı hava bu tarixədək davam edəcək
04 Aprel 2026 - 23:31
Hava ilə bağlı daha bir XƏBƏRDARLIQ
05 Aprel 2026 - 09:40
Bakıda AĞIR QƏZA: Çoxlu yaralı var - FOTO
05 Aprel 2026 - 10:40
Zori Balayan öldü
04 Aprel 2026 - 16:53
Azərbaycanda oğlunun toyunda başına daş düşən kişi öldü - FOTO
04 Aprel 2026 - 18:55
"İranın 48 saat vaxtı var" - Tramp
04 Aprel 2026 - 15:12
Azərbaycandan İrana göndərilən humanitar yardım dövlət sərhədindən keçib - FOTO - YENİLƏNİB
04 Aprel 2026 - 15:00
“Məni işdən çıxartmayıblar, öz istəyimlə ayrılmışam” - Xalq artisti
04 Aprel 2026 - 22:46
Ata-ana 13 yaşlı qızından imtina etdi
04 Aprel 2026 - 13:59
"Birincilərin birincisi” MIT-ə qəbul olundu - FOTO
04 Aprel 2026 - 14:49
Sumqayıtda qazdan zəhərlənən digər uşaqların vəziyyəti necədir?
04 Aprel 2026 - 19:33
"Qarabağ"ın U-12 Antalyada turnirə qatılıb
Xəbər xətti
- 05 Aprel 2026
- 13:55 Məşhur futbolçu karyerasını bitirdi - FOTO
- 13:35 Nazir müavini Keşlədədir - 37 sakin təxliyə edildi / VİDEO
- 13:20 Güclü yağış bu tarixə kimi davam edəcək
- 13:15 Eldar Əzizov Keşləyə getdi - FOTOLAR
- 13:00 Bakıda yağış suları yoldan KƏNARLAŞDIRILDI - VİDEO
- 12:50 İranın hava məkanı bu tarixədək bağlı qalacaq
- 12:24 Leysana görə Puta gölünə beton boru qoyuldu - VİDEO
- 12:05 Tehranda edam dalğası davam edir – Silah anbarına hücum edən daha iki nəfər asıldı
- 11:50 Keşlədə evlərini su basan insanlar təxliyə edilir - FHN hərəkətə keçdi / VİDEO
- 11:30 1 yaşlı uşaq sistem köçürülərkən öldü
- 11:18 İsrail ABŞ-dan icazə gözləyir - İranın enerji obyektləri vurulacaq
- 11:00 "İranın sursat istehsalının 70%-i məhv edilib"
- 10:40 Zori Balayan öldü
- 10:30 19 yaşlı gənc qətlə yetirildi
- 10:14 Çin ABŞ-nin kəşfiyyat məlumatlarını İrana satır
- 09:55 “Kəpəz” “Qəbələ”yə, “Sumqayıt” “Neftçi”yə qarşı
- 09:40 Bakıda AĞIR QƏZA: Çoxlu yaralı var - FOTO
- 09:20 "Cəhənnəm qapılarını sizin üçün açacağıq" - İran komandanından Trampa cavab
- 09:04 Bu gün imtahan var
- 08:30 Sağlamlıq üçün ən faydalı qəhvə hansıdır?
- 08:00 Yaponlar işə götürərkən qan qrupunu soruşurlar - SƏBƏB
- 01:30 Hansı dırnaq dəyişiklikləri xəstəliklərə işarə edir
- 00:30 Daha tez yuxuya getməyə kömək edən 5 içki
- 04 Aprel 2026
- 23:56 Avstraliya sahillərində güclü zəlzələ oldu
- 23:47 TƏBİB-ə yeni müşavir təyin edildi - FOTO
- 23:31 Hava ilə bağlı daha bir XƏBƏRDARLIQ
- 23:11 "Trabzonspor" "Qalatasaray"ı məğlub etdi
- 22:51 İsrail İranda neft-kimya kompleksinə zərbə endirdi
- 22:46 Ata-ana 13 yaşlı qızından imtina etdi
- 22:34 Tayvan sahillərində güclü zəlzələ baş verdi
- 22:11 Ərdoğan Zelenski ilə görüşdü - YENİLƏNİB
- 21:50 Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul etdi
- 21:35 Bəzi yerlərdə qar yağır - FAKTİKİ HAVA
- 21:14 Dağıstanda 30-dan çox şəxs zəhərlənib
- 20:54 “Real Madrid” “Malyorka”ya məğlub oldu
- 20:34 "Nəvələrim hesabına izləyicilərim çoxalır"
- 20:16 Livana endirilən zərbələrdə ölənlərin sayı ARTDI
- 19:52 Qasım Süleymaninin qardaşı qızı və onun övladı həbs edildi
- 19:33 "Qarabağ"ın U-12 Antalyada turnirə qatılıb
- 19:15 Vüsal Nəsirli onu özünə müşavir təyin etdi
- 18:55 "İranın 48 saat vaxtı var" - Tramp
- 18:34 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxs həbs edildi
- 18:17 40 kiloqrama yaxın narkotik dövriyyədən çıxarıldı
- 17:36 Ötən ay Bakı metrosundan istifadə edənlərin SAYI
- 17:16 Ukrayna Rusiyada 2 zavoda dronlarla zərbə endirdi
- 16:53 Azərbaycanda oğlunun toyunda başına daş düşən kişi öldü - FOTO
- 16:31 İran Hörmüz boğazında İsraillə əlaqəli gəmiyə hücum etdi
- 16:17 Bu yolda sürət həddi endirildi
- 15:52 Əli Əsədov müşavirə keçirdi - Tapşırıqlar verdi
- 15:38 Zelenski Türkiyəyə getdi
- 15:28 Yağıntılı hava bu tarixədək davam edəcək