Türkiyənin iki vilayətində meşə yanır

16:30 - 21 İyun 2024

Türkiyənin iki vilayətində meşə yanır

Türkiyənin Adıyaman vilayətində meşə yanır.
 

Manset.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, yanğın təxminən 20 hektarlıq ərazini əhatə edir.

Hadisənin səbəbi məlum deyil.

Həmçinin, Manisa şəhərində də meşə yanır. Buradakı yanğının söndürülməsi üçün 4 təyyarə, 3 helikopter, 10 su tankeri, 2 su təchizatı tankeri və 2 buldozer cəlb olunub.

Hazırda hər iki yanğının söndürülməsi istiqamətində havadan və qurudan müdaxilə edilir.

Qeyd edək ki, Türkiyənin müxtəlif şəhərlərində meşə yanğınları bir neçə gündür ki davam edir.


Xəbər xətti

15 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin