Azərbaycanda ölüm xəbəri yayılan vəzifəli şəxs sağ imiş - SENSASİON AÇIQLAMA

23:12 - 21 İyun 2024

Azərbaycanda ölüm xəbəri yayılan vəzifəli şəxs sağ imiş - SENSASİON AÇIQLAMA

Bir sıra saytlarda son illərədək Qazax rayon İcra Hakimiyyətinin başçısının birinci müavini vəzifəsində çalışmış Fərman Nağdəliyev vəfat etməsi ilə bağlı məlumat yayılıb.

 

Manset.az xəbər portalı ilə əlaqə saxlayan Fərman Nağdəliyevin bacısı oğlu Akif Eminov yayılan məlumatın yalan olduğunu bildirib:

"Mənim dayım sağdır, hazırda yanımda oturub. Əslində isə dünyasını dəyişən digər bir vəzifəli şəxsin qohumudur. Məlumat yayılıb, eşidən yaxınlar narahat olub. Həmin məlumatı yazan şəxsdən də xahiş edirik ki, məlumatı silsinlər".


Xəbər xətti

24 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin