Mbappenin meydana çıxacağı oyun bəlli oldu

16:52 - 22 İyun 2024

Mbappenin meydana çıxacağı oyun bəlli oldu

AVRO-2024-ün qrup mərhələsinin ilk turunda burnu qırılan Kilian Mbappenin meydana çıxacağı ilk oyun bəlli olub.

 

Manset.az İdman.biz-ə istinadən xəbər verir ki, hücumçunun “Paderborn”un U-21 komandası ilə yoxlama matçında iştirakı planlaşdırılır.

Fransa yığması dünya və Avropa çempionatlarının final mərhələlərinin gedişində belə oyunlar keçirməsi ənənəvi hal alıb. Belə görüşlərdə ehtiyat oyunçular iştirak edirlər. Bu, onların oyun praktikası qazanması baxımından vacibdir. Kilianın qoruyucu maska ilə oynamağa öyrəşməsi üçün “Paderborn”un gənclərinə qarşı forma geyinməsinə qərar verilib.

Qeyd edək ki, Avstriya ilə matçda (1:0) burnu qırıldığı üçün əvəzlənən Mbappe Niderlandla görüşü (0:0) buraxmalı olub.


Xəbər xətti

24 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin