Bakıda üç polisin qətlə yetirildiyi hadisə yerindən görüntülər - VİDEO

11:19 - 24 İyun 2024

Bakıda üç polisin qətlə yetirildiyi hadisə yerindən görüntülər - VİDEO

Paytaxtın Xəzər rayonun Şüvəlan qəsəbəsində silahlı insident zamanı 3 polis əməkdaşı və 1 mülki şəxs həlak olub.


Manset.az xəbər verir ki, Baku TV-nin çəkiliş qrupu hadisə yerində gedib.

Qeyd edək ki, keçmiş məhkum, 1986-cı il təvəllüdlü Rövşən Oqtay oğlu Allahverdiyev iyunun 24-də polis əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərib. Belə ki, o, polis əməkdaşlarına mane olmaq məqsədilə ailə üzvlərini önə verərək yayınmağa və cavab tədbirlərinin qarşısını almağa cəhd edib, yaranmış vəziyyətdən istifadə edərək “Lancaster” markalı ov silahından atəş açaraq üç polis əməkdaşını və bir mülki vətəndaşı qətlə yetirib. R.Allahverdiyev polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Hadisə yerindən görüntüləri təqdim edirik:

 


Xəbər xətti

13 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin