"Ailə institutumuz dağılıb, dəyərlər silinib"

19:43 - 25 İyun 2024

"Ailədə düşüncə, təfəkkür azadlığı önəmlidir. Azadlıq o demək deyil ki, sən ən qısa paltarı geyinməlisən. Onu da geyinə bilərsən. Mənim qızım ürəyi istədiyini geyinir, mən qarışmıram. Amma öz çərçivəsini bilir. Övlada həddi və sərhədi öyrətmək lazımdır. Qadağalarla olmur".


Manset.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Aparıcı Rövşanə Ağasəfqızı “Nigar xanım” proqramında deyib. O, Azərbaycanda ailə dəyərlərinin silindiyini bildirib:
"Bütün dünyada cinayət qadağandır. Bununla statistikada cinayət azalır? Yox! Cəmiyyətdə insan tərbiyələnməlidir. Ailə institutumuz çoxdan dağılıb. Dəyərlər silinib. Nə qədər boşanmalar var. Efirlərdə mal-mülk davaları. Hansı ailə dəyərləri qalıb?".


Xəbər xətti

22 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin