Sabah bu ərazilərdə hərbçilərin yürüşü keçiriləcək

19:46 - 25 İyun 2024

Sabah bu ərazilərdə hərbçilərin yürüşü keçiriləcək

26 iyun - Silahlı Qüvvələr Günündə Bakı, Sumqayıt, Gəncə, Şuşa şəhərləri və Bərdə rayonunun mərkəzi küçə və prospektlərində hərbi qulluqçuların yürüşləri və orkestrlərin nümunəvi çıxışları təşkil olunacaq.

 

Bu barədə Manset.az-a Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Hərbi qulluqçular iyunun 26-sı saat 10:00-dan 12:00-dək aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:

- Heydər Əliyev sarayı - Bülbül prospekti - Nizami Kino Mərkəzi - Neftçilər prospekti - Azadlıq meydanı - "AMAY" ticarət mərkəzi;

- Şəhidlər Xiyabanı - "Alov Qüllələri" Kompleksi - "İçərişəhər" metrostansiyası - Qala qapısı - Azərbaycan Dövlət Kukla teatrı - Azneft dairəsi - Bəhram Gur heykəli;

- Qəzənfər Musabəyov parkı - Əbdürrəhim bəy Haqverdiyev küçəsi - Hüseyn Cavid prospekti - Hüseyn Cavid parkı - Parlament prospekti - Şəhidlər Xiyabanı;

- "Olimpik Star" İdman və Əyləncə Mərkəzi - Səməd Vurğun küçəsi - Zabitlər parkı - Bakı Dövlət Sirki - Heydər Əliyev Sarayı - İmadəddin Nəsimi heykəli - Neftçilər prospekti;

- Nəriman Nərimanov heykəli - Mərkəzi park - Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı - Qış parkı - Heydər Əliyev sarayı - Azərbaycan Respublikasının Mərkəzi Bankı - 28 Mall Ticarət Mərkəzi;

- Sumqayıt Dənizkənarı Bulvar ərazisi;

- Gəncə, Şuşa şəhərləri və Bərdə rayonunun mərkəzi küçə və prospektləri;

Həmin gün saat 19:00-dan 21:00-dək müəyyən edilmiş yerlərdə orkestrlərin nümunəvi çıxışları olacaq:

- Heydər Əliyev parkı (Heydər Əliyev sarayının qarşısı);

- Azneft dairəsindəki Dövlət Bayrağı Meydanı;

- Muzey Mərkəzi (Dənizkənarı Bulvar fontanının qarşısı);

- Zabitlər parkı;

- Koroğlu parkı;

- Sumqayıt Dənizkənarı Bulvarda Bayraq meydanı;

- Fəvvarələr meydanı.


Xəbər xətti

19 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin