Dünyaca məşhur superulduz Riki Martin ilk dəfə Bakıya gəlir.
Manset.az-ın məlumatına görə, musiqi dünyasınının əfsanəvi sənətçilərindən olan Riki 2 avqustda “Sea Breeze”də tamaşaçıların qarşısına çıxacaq.
Sevimli sənətçi pərəstişkarlarına qovuşmaq və Bakıda möhtəşəm Sea Breeze-də ən böyük hitlərini səsləndirmək üçün Azərbaycanda canlı ifa ilə debüt edəcək.
O, ölkəmizə 43 nəfərlik komandası ilə təşrif buyuracaq. Biletləri iyunun 28-dən başlayaraq “iticket” platformasından əldə etmək olar.