Tərtərdə su kanalından qadın meyiti tapıldı

11:05 - 27 İyun 2024

Tərtərdə su kanalından qadın meyiti tapıldı

Tərtərdə su kanalından qadın meyiti tapılıb.


Manset.az Report.az-a istinadən xəbər verir ki, qadının meyiti Tərtər rayonu Səhləbad kəndi ərazisindən keçən beton kanalda aşkar edilib.

Onun 1987-ci il təvəllüdlü Əliyeva Vəsilə Zahid qızı olduğu məlum olub.

Qeyd edək ki, həmin şəxs Bərdə rayon sakinidir. O, bir müddət öncə ailə quraraq məcburi köçkünlərin məskunlaşdığı Ağdərə rayonunun Şıxarx qəsəbəsinə köçüb.

Hadisənin hansı şəraitdə baş verməsi araşdırılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az