Qəza keçirən gənc futbolçu vəfat etdi

21:53 - 7 İyul 2024

Qəza keçirən gənc futbolçu vəfat etdi

ABŞ-nin Milli Futbol Liqasının (NFL) "Minnesota" komandasında çıxış edən amerikan futbolu oyunçusu Kayri Cekson yol-nəqliyyat hadisəsi nəticəsində vəfat edib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Bu xəbər məni tamamilə şoka saldı. Kayri komandadakı hər kəs üçün enerji qaynağı idi və oyunçuları özünə cəlb edirdi. Kayri möhtəşəm bir oyunçu olmağa, amma ən əsası, o, yaxşı bir insan olmağa çalışırdı. Söz tapmıram, qəlbən onun ailəsi, dostları, komanda yoldaşları və məşqçiləri ilə birlikdəyəm", - "Minnesota"nın baş məşqçisi Kevin O'Konnell bildirib.

Qeyd olunur ki, qəzada Ceksonun orta məktəb yoldaşları onunla birlikdə həlak olublar.

Ceksonun 24 yaşı var idi. Amerikalı oyunçu 2024 NFL draftında dördüncü turda ümumi 108 nömrəsi ilə seçilib.

 


Xəbər xətti

25 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin