Qalıqları aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid İdris Osman oğlu Baxışovun meyitinin qalıqları Quba rayonuna gətirilib.
Manset.az-ın məlumatına görə, şəhidin nəşi Quba rayonunun Qənidərə kəndində ailəsinə təhvil verilib.
Hazırda kənddə şəhidlə vida mərasimi keçirilir.
Qeyd edək ki, İdris Osman oğlu Baxışov 1973-cü il dekabrın 25-də anadan olub. O, 1993-cü il aprelin 1-də Kəlbəcər rayonunda itkin düşüb.
İ.Baxışov Qənidərə kənd qəbiristanlığında dəfn olunacaq.