İlham Əliyev pakistanlı həmkarını COP29-a dəvət etdi

14:18 - 12 İyul 2024

İlham Əliyev pakistanlı həmkarını COP29-a dəvət etdi

Azərbaycan Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasına dövlət səfəri iyulun 12-də başa çatıb.

 

Manset.az xəbər verir ki, Zərdari Azərbaycanın COP29-a ev sahibliyi etməsi münasibətilə Prezident İlham Əliyevi təbrik edib.  Prezident İlham Əliyev pakistanlı həmkarı Asif Əli Zərdarini COP29-a dəvət edib. 

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Pakistan Hərbi Hava Qüvvələrinin Nur Xan bazasında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Pakistanın daxili işlər naziri Syed Mohsin Raza Naqvi və digər rəsmi şəxslər yola salıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az