“Real Madrid”də çıxış edən Türkiyəli futbolçu Arda Gülər AVRO-2024-dəki çıxışı ilə baş məşqçi Karlo Ançelottinin diqqətini özünə cəlb edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Toni Kroosun futbolla vidalaşmasından sonra komandadakı rolu güclənən Ardaya “Real Madrid”də yeni tapşırıq verilib.
Küncdən zərbə vurmaq üçün futbolçu axtaran Ançelotti Ardanı seçib. Arda ilə görüşən Ancelotti, oyunlarda korner zərbələri Ardanın vurmasını istəyir.