Nigeriyada məktəb imtahan zamanı uçub.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, uçqun nəticəsində 16 şagird məktəbin dağıntıları altında ölüb.
Məktəbin hansı səbəbdən uçması ilə bağlı hələlik heç bir açıqlama verilməsə də, rayon sakinləri hadisənin ştatda 3 gün davam edən güclü yağışdan sonra baş verdiyini bildiriblər.