Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Cəlilabad-Cəngan avtomobil yolunda qeydə alınıb.
Belə ki, 1981-ci il təvəllüdlü Ramin Məmmədovun idarəetməni itirərək “VAZ 2106” markalı minik avtomobilini aşırıb.
Qəza nəticəsində müxtəlif bədən xəsarətləri alan sürücü Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.