Hindistanda bir cütlük sosial media üçün foto çəkdirərkən qarşıdan gələn qatardan qaçmaq üçün 27 metrlik körpüdən atılıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, möcüzə nəticəsində sağ qalan cütlük ağır yaralanıb və dərhal xəstəxanaya aparılıb.
Oğlanın vəziyyətinin xüsusilə ağır olduğu bildirilib.
Bu hadisə sosial media üçün mükəmməl kadrı çəkməyə çalışarkən həyat üçün təhlükə yaradan vəziyyətlərə məhəl qoymamağın nə qədər təhlükəli ola biləcəyini ağrılı şəkildə nümayiş etdirib.
Qeyd edək ki, buyaxınlarda Avstraliyanın Noosa Sound bölgəsində də oxşar faciə baş verib.
Dostları ilə əylənmək üçün getdiyi körpüdən suya düşən britaniyalı turist təəssüf ki, başından aldığı zədə nəticəsində dünyasını dəyişmişdi.
Fidan Əliyeva
Manşet.az