logo
logo logo
logo

Rusiya Zelenskiyə sui-qəsd hazırlayıb? 

17:23 - 16 Sentyabr 2026

Rusiya Zelenskiyə sui-qəsd hazırlayıb? 

Ukrayna Prezidenti Volodimir Zelenski son həftələrdə Rusiyanın onun olduğu təyyarəni pilotsuz uçuş aparatları (PUA) ilə iki dəfə hədəf aldığını iddia edib. Zelenski hadisələrin Moldova səfəri zamanı baş verdiyini açıqlayıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Zelenski ABŞ-nin "CBS News" telekanalına verdiyi müsahibədə Moldovadakı təmasları zamanı Rusiya PUA-larının bu ölkənin hava məkanına daxil olduğunu bildirib. Ukrayna lideri PUA-ların birbaşa şəxsən ona qarşı hücum təşkil etdiyini qəti şəkildə vurğulamasa da, hadisələrin özünü və digər xarici liderləri qorxutmaq məqsədi daşıdığını iddia edib.

Hadisələrin birincisi sentyabrın 9-da baş verib. Zelenskinin Moldovadan Norveçə getmək üçün istifadə edəcəyi uçuş Rusiya PUA-larının Moldova hava məkanına daxil olması səbəbindən təxirə düşüb. Moldova hava məkanı müvəqqəti olaraq bağlanarkən iki Rusiya PUA-sının ölkənin hava sərhədlərini pozduğu açıqlanıb.

PUA-lardan biri paytaxt Kişinyovun şimalındakı əraziyə düşərək yanğına səbəb olub. Digər PUA isə Rumıniya hava məkanına keçib. Moldova rəsmi qurumlarının bildirdiyinə görə, hava məkanının qapanması ilə əlaqədar bəzi aviareyslər də təxirə salınıb.

Norveç Baş naziri Yonas Qar Störe (Jonas Gahr Støre) isə Zelenskini daşıyan təyyarənin Moldovadan havalanmaq üzrə olarkən PUA tərəfindən "demək olar ki, vurulduğunu" deyib. Lakin PUA ilə təyyarə arasındakı məsafəyə dair təfərrüat açıqlanmayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az