Almaniya Ukraynaya hərbi yardımı iki dəfə azaldacaq

14:12 - 17 İyul 2024

Almaniya Ukraynaya hərbi yardımı iki dəfə azaldacaq

"Almaniya hökuməti 2025-ci ildə Ukraynaya hərbi yardım üçün bu il ayırdığı məbləğin yarısı qədər vəsait ayırmaq niyyətindədir". 

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu, Almaniya hökumətinin hazırladığı büdcə layihəsində yer alıb.

Məlumata görə, bu il Almaniya Ukraynaya 8 milyard avro ayırıb. Lakin 2025-ci ildə bu məbləğ 8 milyard avro təşkil edəcək. Bu vəsaitə 2028-ci ilə qədər NATO-nun xərc hədəflərini qarşılamaq üçün yaradılan xüsusi hərbi fondun fəaliyyəti daxildir.

Sənədin iyulun 17-də qəbul edilməsi planlaşdırılır. 

 

 

Fidan Əliyeva

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az