ABŞ Prezidenti Cozef Bayden koronavirusa yoluxub.
Manset.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Bildirilib ki, bu gün səhər prezident Bayden Las-Veqasdakı ilk tədbirindən sonra koronavirusa görə verdiyi testin cavabı müsbət çıxıb:
Baydenin dəfələrlə peyvənd olunduğuna görə simptomlarının yüngül olduğu qeyd edilir.