"Malaysia Airlines" aviaşirkətinin təyyarəsi Bakıda təcili eniş etdi

09:45 - 20 İyul 2024

\"Malaysia Airlines\" aviaşirkətinin təyyarəsi Bakıda təcili eniş etdi

"Malaysia Airlines" aviaşirkətinin London-Kuala Lumpur reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.


Manset.az Apa-ya istinadən xəbər verir ki, buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəflətən pisləşməsi olub.

"Airbus A350" təyyarəsi yerli vaxtla saat 6:42-də Bakı hava limanında uğurla eniş edib.

Sərnişinin təxliyəsi üçün operativ şəkildə xüsusi texnika - ambulator lift istifadə edilib və ona dərhal ilk tibbi yardım göstərilib. Daha sonra isə sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az