Yaponiyada oğul anasının cəsədini 5 il evdə gizlədib.
Manset.az xarici mətbuata istinadla xəbər verir ki, məlumata görə, Yaponiyanın Osaka şəhərində ölən anasının meyitini 5 il evdə gizlədən 60 yaşlı kişi həbs edilib.
Belə ki, evinin qarşısında yaranan mübahisə ilə bağlı polisə məlumat verərkən hadisəni etiraf edən Katsunori Onada, anası Tomiko Onadanın 2019-cu ilin sentyabrında dünyasını dəyişdiyini bildirib.
Polis həmin şəxsin bankdan anasının pensiyasını çəkməyə davam etmək üçün ölüm xəbərini səlahiyyətli orqanlara bildirmədiyini ehtimal edir.
Fidan Əliyeva
Manşet.az