Efiopiyanın cənubundakı Qofa bölgəsində səhər saatlarında güclü yağışlar nəticəsində torpaq sürüşməsi baş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində ən azı 55 nəfər həyatını itirib.
Bölgədə axtarış-xilasetmə işləri davam edir.