”Fənərbağça” növbəti mərhələyə adladı

01:00 - 31 İyul 2024

”Fənərbağça” növbəti mərhələyə adladı

Türkiyənin “Fənərbağça” komandası UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab görüşünə çıxıb.

 

Manset.az xəbər verir ki, İstanbul təmsilçisi səfərdə 4:3 hesabı ilə qalib gəldiyi İsveçrənin “Luqano” komandasını doğma meydanda qəbul edib.

Qarşılaşma "sarı-lacivərdlər"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla da Joze Mourinyonun komandası növbəti mərhələyə vəsiqəni təmin edib.

"Fənərbağça" III raundda Fransanın “Lill” kollektivi ilə üz-üzə gələcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv