"Real Madrid" cari transfer əməliyyatlarını başa vurub.
Manset.az xəbər verir ki, bunu “Kral klubu”nun baş məşqçisi Karlo Ançelotti deyib.
Madrid nəhənginin rəsmi saytı italiyalı mütəxəssisin fikirlərini belə çatdırıb: “Heyətin formalaşmasını tamamladıq və artıq yeni oyunçular almağı planlaşdırmırıq. Bütün futbolçular komandada qalmaq istəyir, heç kim getməyəcək. Müdafiənin mərkəzinə gəlincə, bir neçə variantımız var.
Valyexo yenidən oyuna qayıtdı, Alaba isə zədəsini sağaldır. Bundan əlavə, perspektivli gənc futbolçular bizimlə məşq edirlər: Joan Martinez, Yakobo Ramon və Raul Asensio. Əminik ki, bu mövqeyə yaxşı kadrlar var. Alaba qayıdanda müdafiəmizin vacib elementi olacaq”.
Qeyd edək ki, "Real Madrid" bu yay hücum xəttinə iki transfer həyata keçirib: Endrik və Kilian Mbappe.