Harris Trampın bu təklifi ilə razılaşmadı

21:44 - 3 Avqust 2024

Harris Trampın bu təklifi ilə razılaşmadı

Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisin seçki qərargahı Respublikaçı rəqibi Donald Trampın sentyabrın 4-də “Fox News” telekanalında debat keçirmək qərarı ilə razılaşmadığını bildirib.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda qərargah “X” sosial şəbəkəsində məlumat yayıb.

“O, oyun oynamağı dayandırmalı və söz verdiyi kimi sentyabrın 10-da debata gəlməlidir”, - məlumatda qeyd olunub.

Onlar həmçinin bildiriblər ki, vitse-prezident istənilən halda debatda iştirak edəcək ki, praym-taymda xalqa müraciət etmək fürsətindən yararlansın. Harrisin təşviqat komandası hesab edir ki, Tramp qorxur və buna görə də o, debatın sentyabrın 4-də Respublikaçılara yaxın olan “Fox News” telekanalında keçirilməli olduğunu elan edib.


Xəbər xətti

12 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin