Olimpiada iştirakçılarının təxminən 1/4-i dopinq testi verdi

21:19 - 4 Avqust 2024

Olimpiada iştirakçılarının təxminən 1/4-i dopinq testi verdi

Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında iştirak edən idmançıların təxminən 1/4-i dopinq testi verib.

 

Manset.az xəbər verir ki, bu barədə Beynəlxalq Dopinq Test Agentliyinin mətbuat xidməti məlumat yayıb.

Avqustun 3-nə olan məlumata görə, 2 682 idmançıdan ümumilikdə 2 910 nümunə toplanıb.

Bununla da olimpiadada iştirak edən idmançıların 23,8 %-i dopinqə görə yoxlanılıb.

Paris olimpiadası avqustun 11-də başa çatacaq.


Xəbər xətti

15 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin