Qəzzada vəzifəli şəxs İsrailin hava hücumu nəticəsində həlak oldu

21:55 - 4 Avqust 2024

Qəzzada vəzifəli şəxs İsrailin hava hücumu nəticəsində həlak oldu

Qəzza zolağının milli iqtisadiyyat nazirinin müavini Əbdülfəttah əl-Zariya İsrailin bombardmanı nəticəsində həlak olub.

 

Manset.az xəbər verir ki, bu açıqlama ilə Fələstin anklavının media ilə əlaqələr şöbəsi çıxış edib.

Fələstinin radikal “HƏMAS” hərəkatına bağlı Qüds portalı hadisənin sektorun mərkəzi hissəsində, Deyr əl-Bələh şəhərində baş verdiyini iddia edib.

Qeyd edək ki, İsrail aviasiyası Qəzza zolağında Fələstinin radikal “HƏMAS” hərəkatının silahlı qanadının üzvlərinin gizləndiyi iki məktəbin ərazilərinə zərbələr endirib. Aviazərbələr nəticəsində azı 30 nəfər həlak olub.


Xəbər xətti

12 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin