"Qarabağ" - "Ludoqorets" matçına satılan biletlərin sayı açıqlandı

13:54 - 05 Avqust 2024

\"Qarabağ\" - \"Ludoqorets\" matçına satılan biletlərin sayı açıqlandı

"Qarabağ"ın Bakıda Bolqarıstan təmsilçisi "Ludoqorets"ə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununa indiyədək 23000 bilet satılıb.

 

Manset.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat katibi Anar Hacıyev məlumat verib.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matç üçün satışa 30000 bilet çıxarılıb.

Qeyd edək ki, avqustun 6-da reallaşacaq “Qarabağ” – “Ludoqorets” görüşü saat 20:00-da başlayacaq. Cavab görüşü avqustun 13-də olacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az