Avropa İttifaqı (Aİ) Ermənistanla viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqların başlanmasını təsdiqləyib. İyulun 22-də isə Aİ-nin xarici işlər nazirləri Ermənistana hərbi yardımın ayrılması barədə qərarı təsdiq ediblər. Ölkəyə batalyon səviyyəli bir birlik üçün 10 milyon avro dəyərində modul tipli çadır düşərgəsi veriləcək. Satınalma Avropa Sülh Fondu tərəfindən maliyyələşdiriləcək. Qurumun xarici siyasət üzrə rəhbəri Cozep Borrell bu qərarı “Aİ ilə Ermənistan arasında hərbi-texniki əməkdaşlıqda mühüm addım” adlandırıb. Ermənistanın siyasi rəhbərliyi bu qərarı “böyük uğur”, “demokratik dəyərlərin təntənəsi” kimi qiymətləndirərkən, bu ölkənin bəzi uzaqgörən siyasətçiləri həyəcan təbili çalaraq onun ölkə üçün dağıdıcı nəticələrinin olacağını proqnozlaşdırırlar. Onların fikrincə, belə bir qərarın qəbulunda şübhəsiz ki, Aİ-nin Cənubi Qafqazda öz hərbi-siyasi təsirini genişləndirmək istiqamətində apardığı geosiyasi hesablamalar mühüm rol oynayıb. Çünki təcrübə göstərir ki, “Avropa Sülh Fondu” deyilən qurum heç də sülh, sabitlik və təhlükəsizlik təşkilatı olmayıb. O, müharibə, təxribat və qanlı toqquşmaları stimullaşdıran bir qurumdur, xüsusilə əgər qurumun xarici siyasət rəhbəri Cozep Borrelldirsə... Yəni, ermənilər adına sevinmək üçün çox erkəndir.
Bu sözləri Manset.az-a açıqlamasında “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı söyləyib.
O bildirib ki, digər tərəfdən, viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqların başlanması heç də onun 3-5 günə, özü də uğurla yekunlaşması demək deyil. Xatırladaq ki, Gürcüstan-Aİ danışıqları 5 il, Moldova-Aİ danışıqları isə 3 ilə yaxın davam edib. Ukraynanın durumu isə göz qabağındadır. NATO-ya və Aİ-yə üzvlük naminə amansız müharibəyə sürüklənən bu ölkənin gələcəyi böyük bir sual altına düşüb. Ermənistanı belə bir taleyin gözləmədiyinə də heç kəs təminat verə bilməz. Daha bir vacib məqam ondan ibarətdir ki, viza rejiminin liberallaşdırılması üzrə Aİ-Ermənistan danışıqları uğurla nəticələnsə belə, bu, yaxın gələcəkdə ölkə üçün demoqrafik fəlakətlərə yol açacaq. Bundan sonra onsuz da əhali sayı barmaqla sayılacaq səviyyədə olan Ermənistanda, sözün tam mənasında, erməni qalmayacaq. Çünki milli mentalitetində “Vətən sevdası” olmayan bu etnosun təmsilçiləri tarix boyu “yaxşı həyat” istəyi ilə Argentinadan, Uruqvaydan, Hindistandan, Fransadan tutmuş Avropa, Amerika və Asiyanın bütün ölkələrinə səpələniblər. Hazırkı danışıqlar da şübhəsiz ki, həmin prosesi yalnız sürətləndirəcək.
“Nəhayət onu da qeyd edək ki, Aİ-nin “Ermənistan sevgisi”nin məqsədlərindən biri də Cənubi Qafqazdakı müharibə ocaqlarını yenidən alovlandırmaqdır. Belə ki, Azərbaycanla bu ölkə arasında davam edən sülh danışıqları bu prosesdən kənarda qalan Aİ-ni qətiyyən qane etmir. Qurum müxtəlif vasitələrlə, o cümlədən yağlı vədlər, humanitar, hərbi və kiçik maliyyə yardımları ilə Ermənistanı şirnikləndirərək, onu sülh prosesini pozmağa, revanşist hisslərə qapılmağa, yekunda isə yeni müharibə həvəsinə düşməyə vadar edir. Belə bir müharibənin Ermənistan üçün nələrə səbəb olacağı isə Aİ-nin vecinə deyil. Bundan əlavə, Ermənistanı üzvü olduğu hərbi-siyasi bloklardan, Rusiya ilə imzalanmış ikitərəfli və kollektiv müqavilələrdən çıxmağa məcbur edərək, Cənubi Qafqazda möhkəmlənməyə çalışan Qərb onu açıq-aşkar “yem” olaraq Rusiyanın önünə atır. Çünki bu gün Ermənistan Rusiyanın var olduğu yeganə Cənubi Qafqaz respublikasıdır. Onun Qərbdən gələn bu cür təhlükələrə laqeyd qalacağı heç də inandırıcı görünmür. Bizə isə yalnız Ermənistana “ağıllı olun” demək düşər”, - deyə Fərid Şahbazlı qeyd edib.
Avropa İttifaqı-Ermənistan danışıqları regiona və İrəvana nələr vəd edir? - RƏY
23:45 - 05 Avqust 2024
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
19 Sentyabr 2026 - 11:20
Pensiya və minimum əməkhaqqı artır - VİDEO
19 Sentyabr 2026 - 13:50
Azərbaycanın dövlət suverenliyi: qətiyyət, güc və tarixi nəticə
19 Sentyabr 2026 - 18:52
Şamaxıda Üzüm və Şərab Festivalı başlayıb - FOTOLAR
19 Sentyabr 2026 - 13:00
“Cənnətin iqamətgahı” filminin premyerası keçirildi - FOTOLAR
19 Sentyabr 2026 - 09:25
Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurdu
19 Sentyabr 2026 - 12:20
Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR
19 Sentyabr 2026 - 10:30
Hasil Abbasov yeni şöbə müdiri təyin etdi
19 Sentyabr 2026 - 12:00
"Neftçi"nin keçmiş futbolçusu Honda 40 yaşında debüt etdi
19 Sentyabr 2026 - 11:30
Bakının mərkəzi küçəsi Formula 1 həftəsində açıq olacaq
19 Sentyabr 2026 - 08:00
Ən sağlam çay növü məlum oldu
19 Sentyabr 2026 - 09:15
Bu müəllimlər sertifikasiyadan azad ediləcək
19 Sentyabr 2026 - 12:40
Bazar günü arabir yağış yağacaq - PROQNOZ
Xəbər xətti
- 20 Sentyabr 2026
- 01:30 Əl ilə yazmaq yaddaşı gücləndirir
- 00:30 Dünya nəhəngləri 15 yaşlı futbolçu üçün mübarizə aparır
- 00:12 Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
- 00:01 Azərbaycanda Dövlət Suverenliyi Günüdür
- 19 Sentyabr 2026
- 23:56 Meysəridə festival axşamı - FOTOLAR
- 23:43 “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” - VİDEO
- 23:21 Ərdoğan ABŞ-yə səfər edəcək
- 23:02 "Trabzonspor" "Qalatasaray"a qalib gəldi
- 22:44 Üzeyir Hacıbəyli festivalının açılış mərasimi keçirildi - FOTOLAR
- 22:29 Süni İntellekt Qüvvələri yaratdı
- 22:12 "İran ilə ABŞ arasında danışıqlar davam edir" - Əraqçi
- 21:46 Astarada ağır qəza - Yaralılar var
- 21:32 "Sabah" ardıcıl 5-ci qələbəsini qazandı
- 21:15 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib - FOTO
- 20:51 İran müharibənin dayandırılması üçün şərtlərini ABŞ-yə göndərdi
- 20:34 Şahin Bağırov onları rəis təyin etdi - YENİLƏNİB
- 20:16 Bakıda 4 marşrutun hərəkət sxemi müvəqqəti DƏYİŞDİRİLİR
- 19:52 66 yaşlı kişini motosiklet vurdu - FOTO
- 19:32 "Turan Tovuz" "Zirə"ni məğlub etdi
- 19:17 Bakı Aeroportu Formula 1 ərəfəsində gücləndirilmiş rejimdə işləyəcək
- 18:52 Şamaxıda Üzüm və Şərab Festivalı başlayıb - FOTOLAR
- 18:31 Bilgəhdə dənizdə 2 nəfər batdı - Axtarışlar davam etdirilir
- 18:14 Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı PAYLAŞIM
- 17:53 Qaxda 2 maşın toqquşdu: Ölən var - FOTO
- 17:33 Bakıda yaşayış binasında YANĞIN
- 17:14 Yağış yağır, şimşək çaxır - Faktiki hava
- 16:48 Füzulidə ağır qəza - Ölən və yaralılar var
- 16:31 "Erməniəsilli məhkumların hüquqları ayrı-seçkiliyə yol verilmədən təmin edilir"
- 16:12 2 ay əvvəl Həkəridə boğulan kişinin meyiti tapıldı
- 15:51 Tbilisidə bağçalarda zəhərlənən uşaqların sayı 100-ü ötdü
- 15:32 Sumqayıtda kişi bıçaqlandı - Arvadı şübhəlidir
- 15:11 “Formula-1”ə görə bu marşrutların hərəkət sxemi dəyişir - SİYAHI
- 14:44 39 yaşlı kişi kanalda batdı
- 14:24 Prezidentdən İsgəndər Cavadovla bağlı SƏRƏNCAM
- 14:23 Şəmkirdə 3 avtomobil toqquşdu - FOTO
- 14:16 Prezident onları təltif etdi - SƏRƏNCAM
- 13:58 Bir sutkada qazanılan tarixi Zəfər
- 13:50 Azərbaycanın dövlət suverenliyi: qətiyyət, güc və tarixi nəticə
- 13:38 Tramp uşaqların az peyvəndlənməsi məsələsində niyə israr edir?
- 13:25 Pəncəlinin ailəsində xoş gün - Anar Ələkbərov da iştirak etdi
- 13:15 Ötən gün vətəndaşlarda qanunsuz saxlanılan 16 tüfəng aşkarlandı
- 13:00 “Cənnətin iqamətgahı” filminin premyerası keçirildi - FOTOLAR
- 12:40 Bazar günü arabir yağış yağacaq - PROQNOZ
- 12:20 Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR
- 12:10 Bakıda bəzi marşrut avtobuslarının yolu dəyişdirildi - SİYAHI
- 12:00 "Neftçi"nin keçmiş futbolçusu Honda 40 yaşında debüt etdi
- 11:50 Ağdərə Qarabağın “yaşıl enerji” mərkəzinə çevrilir - VİDEO
- 11:40 Mədət Quliyev oğlu ilə toyda - FOTO
- 11:30 Bakının mərkəzi küçəsi Formula 1 həftəsində açıq olacaq
- 11:20 Pensiya və minimum əməkhaqqı artır - VİDEO
- 11:10 “Bavariya”dan 7-0 hesablı darmadağın